Mar
2024
03:00
16
72
1191
Virtual karabakh

Serbiya paytaxtında bomba həyəcanı: Mərkəzi hava limanı bağlandı

1 Mar, 2024
03:00
1191

Serbiya paytaxtında bomba həyəcanı: Mərkəzi hava limanı bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belqradda Nikola Tesla hava limanı partlayıcı ilə bağlı xəbərlərdən sonra fəaliyyətini dayandırıb.

Bu barədə hava limanının Mətbuat Xidməti məlumat verib.

“Sərnişinlərin və işçilərin təhlükəsizliyi prioritet olduğundan aeroportda hava hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - deyə mətbuat xidməti bildirib və əlavə edib ki, “hava limanının bütün personalı xüsusi xidmət orqanları ilə birgə işləyir”.

Məlumata görə, Barselonaya uçmalı olan “Wizz Air” təyyarəsinin minalanması ilə bağlı anonim mesaj daxil olub. Təyyarə heyəti sərnişinləri dərhal təxliyə etmək qərarına gəlib. Uçuş zolağı bağlanıb, çox sayda reyslərin gecikməsi və ləğvi gözlənilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri