Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şanxayda pilotsuz avtomobillər üçün ilk yol açılıb - FOTO
Çinin Şanxay şəhərində 5G-A standartına uyğun internet ilə əhatə olunan pilotsuz avtomobillər üçün dünyada ilk yol eksperimental rejimdə fəaliyyətə başlayıb.
Qeyd olunur ki, söhbət yeni Pudun rayonunda 205 kilometr uzunluğunda olan hissədən gedir. Pilotsuz idarə olunma texnologiyasına malik avtomobillərin həmin yolla hərəkətinə martın 19-da start verilib. Quraşdırılmış avadanlıq 5G-A rabitə standartı ilə birlikdə 5G rabitəsi ilə təchiz olunmuş sistemlərdən fərqli olaraq istənilən hava şəraitində yol hərəkəti şəraitini müəyyən etməyə imkan verir.
Bu günə qədər Şanxayda pilotsuz nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi üçün ümumi uzunluğu iki min kilometrdən uzun olan yollar yaradılıb. Şəhər yollarında 794 pilotsuz nəqliyyat vasitəsini sınaqdan keçirən 32 şirkətə kommersiya fəaliyyəti üçün lisenziya verilib. Yerli hakimiyyət orqanları 2018-ci ildə Şanxayda belə marşrutlar açmağa başlayıb.
Mənbə: TASS
Rəylər