Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DSX əməkdaşı və ona hücum edən idmançılarla bağlı YEKUN QƏRAR - ÖZƏL
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlər haqqında Azərbaycan Kikboksinq Federasiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev məlumat verib.
"Qərara əsasən, Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunur.
Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunur.
Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilir.
Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunur".
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
Anar Həsənov
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR