Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"
"Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb
- Azərbaycan hansı kritik addımları atacaq? - BAKU AKTUAL
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək
- İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib