Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İqlim maliyyəsi üzrə ekspert: "Təklif edilən məbləğ ciddi qəbul edilmir"
"Biz bu danışıqların mərkəzində iqlim maliyyələşdirilməsi məqsədini daha ciddi qəbul etməliyik. Çünki iqlim böhranı təklif edilən məbləği ciddi qəbul etmir".
Bu sözləri Oxu.Az-a açıqlamasında iqlim maliyyəsi üzrə ekspert Rebeka Tissen deyib.
O bildirib ki, irəli sürülən mətnlə qarşılaşdığımız mənzərə eyni deyil:
"İnkişaf etmiş ölkələr iqlim maliyyəsi təmin etmək üçün verdikləri vədi yerinə yetirmədiyinə görə, həssas ölkələr danışıqları tərk etdi. Zəngin ölkələr öz öhdəliklərini yerinə yetirməkdən imtina etdi və onlar yükü inkişaf etməkdə olan ölkələrin üzərinə atmaq üçün effektiv şəkildə çalışırlar. Bu baxımdan, irəli sürülən mətn, iqlim dəyişikliyinə görə tarixi məsuliyyəti etiraf etmək öhdəliyini bütün aktorların, məsul tərəflərin üzərinə qoyur".

Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq?
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb