Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
"Möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10 200-dən çox keçmiş məcburi köçkün (2 615 ailə) artıq evlərlə təmin edilib və orada yaşayırlar:
"Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17.6 milyard manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Eyni zamanda "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib. Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Iğdır-Naxçıvan qaz kəmərinin açılışını xüsusi qeyd etmək istərdim. Mühüm əhəmiyyətə malik bu layihə Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da gücləndirəcək".
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı