Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub.
Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev plenar iclasda çıxış edib.
Deputat hesabatdan sitat gətirərək bildirib ki, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb:
"Bunun da qarşısını almaq vacibdir. Ona görə də sözügedən yöndə müvafiq addımlar atmalıyıq. Həmçinin yaş həddinin müəyyən olunması işbazların qarşısını alacaq. Bundan başqa, əti yeyilə bilən heyvanların siyahısı hazırlanmalıdır. Bəzən işbazlar mənşəyi məlum olmayan ətləri vətəndaşlara satırlar".
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı
- Ötən il deputatlardan hökumətə neçə müraciət daxil olub? - Baş nazir AÇIQLADI