Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mənfi 20 dərəcədə qazsız qalan kənd sakinlərinin ŞİKAYƏTİ
Oğuzun Baş Daşağıl kəndinin sakinləri qaz problemindən şikayətçidirlər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun illərdir problemlərinin həll olunacağı ümidi ilə yaşasalar da, bu qışı da eyni çətinliklərlə keçirirlər.
"Burada ilin 6-7 ayı havalar həddindən artıq soyuq olur. Camaat artıq yaşaya bilmir. Odun qırmaq olmaz, qaz da yox, bu əhali burada necə yaşasın?! Camaat köçüb gedib. Vaxtilə 3 500 sakini olan bu kənddə indi 500 nəfər qalmayıb. Kənddə temperatur mənfi 15-20 dərəcəyə düşür. Mənfi 20 dərəcədə nə qədər odun yandırmalısan ki, heç olmasa, körpə uşaqları isidə biləsən?!", - deyə kənd sakini İkram Səmədov narazılığını dilə gətirib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı"
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI
- Türkiyənin Azərbaycandakı yeni səfiri İğdır-Naxçıvan qaz boru kəmərinin perspektivlərindən DANIŞDI
- Donald Trampın xüsusi nümayəndəsi Moskvaya niyə gəldi? - Xəbərlərin 22:00 buraxılışı