Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
Bakıda avtobus yol kənarında park halında olan avtomobillərə çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, hadisə 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü tərəfindən törədilib:
"Bu gün saat 10:20-də 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90-JY-786 avtobusun iştirakı ilə Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzovun verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayanan digər nəqliyyat vasitələri - 10-KR-201 və 77-HS-309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb".
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
"Həzi Aslanov" metro stansiyasının yaxınlığında qəza baş verib pic.twitter.com/JTJScVFUpV
— Oxu.Az (@oxuaz) March 14, 2025
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
- Şamaxıda minik avtomobili yük maşını ilə toqquşdu: Ölənlər var