Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qüdrət Həsənquliyev: "Bəzi hərbçilərə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir"
"Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də, onlara mənzil verilmir".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O deyib ki, Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir, ona görə də DSX və Daxili Qoşunların hərbçiləri də bununla bağlı müraciət edirlər.
Deputat qeyd edib ki, hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıdırlar.
Mərahim Nəsib
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
Ən çox oxunanlar