Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tibb müəssisəsinə işə qəbulun müsahibə mərhələsində hansı meyarlar üzrə suallar verilir?
"Tibb müəssisələri tərəfindən elan olunmuş vakant yerlərə müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaflıq şəraitində müsahibə keçirilir. Müsahibə tibb müəssisəsində aparılır".
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov açıqlayıb.
Onun sözlərinə görə, müsahibə zamanı komissiya üzvü tərəfindən namizədə hər meyar üzrə suallar verilir:
"Eyni vakansiya üzrə müraciət edən namizədlərə eyni suallar təqdim edilməlidir. Namizədin cavabları komissiya üzvləri tərəfindən hər bir meyar üzrə 2 (iki), 3 (üç), 4 (dörd) və 5 (beş) baldan biri ilə qiymətləndirilir. Hansısa meyar üzrə 2 bal (qeyri-kafi) verilən namizəd müsahibədən keçməmiş kimi dəyərləndirilir. Hər bir meyara uyğun qiymətləndirmə vəzifəyə uyğunluğu müəyyən edən bal cədvəlinin müvafiq hissəsində yazılır, yekun olaraq namizədə verilən ballar toplanaraq ümumi bal müəyyən edilir və bu yekun nəticəni əks etdirən bal işə qəbul altsisteminə daxil edilir".
Mütəxəssis bildirib ki, müsahibə başa çatdıqdan sonra bütün namizədlərin yekun balları sistem üzərindən avtomatik müqayisə edilərək ən yüksək bal toplamış namizəd sistem tərəfindən seçilir:
"Bu nəticələr barədə hər bir namizədə fərdi qaydada sistem üzərindən avtomatik məlumat daxil olur".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
- Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?