Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
"İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramı" çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 mart tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 190-a yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
- Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?
- Yaz fəslinin özü ilə gətirdiyi XƏSTƏLİKLƏR və onları yaradan SƏBƏBLƏR
- Qalmaqallı klinikanın lisenziyası ilə bağlı vəkildən AÇIQLAMA