Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Moskvada ümummilli lider Heydər Əliyevin abidəsi qoyulacaq
Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.
Oxu.Az "Report"a istinadən bildirir ki, xatirə lövhəsinin qoyulması mərasimində Moskva meri Sergey Sobyanin, baş nazirin müavini Vitali Savelyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Baykal-Amur magistralının tikintisində iştirak edən əmək veteranları iştirak ediblər.
Abidə bu gün rəsmi mərasimin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək.
Xatirə lövhəsində yazılıb:
"Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq".
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.
Abidənin qoyulması təşəbbüsünü Heydər Əliyevin rəhbərliyi altında işləmiş Baykal-Amur magistralının (BAM) tikintisində iştirak etmiş əmək veteranları irəli sürüblər.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı