Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransua Benedetti: "Neokolonializm bəşəriyyətə qarşı cinayətdir"
"Fransa dənizaşırı ərazilərində təbii fəlakətlərdən əziyyət çəkənlərə kömək etmək əvəzinə öz xarici ərazilərində hərbi baza yaradır".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq "Kolonializm: Milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Korsika Libera partiyasının nümayəndəsi Fransua Benedetti deyib.
O bildirib ki, bu addım Fransanın dənizaşırı ərazilərində yaşayan xalqların kimliyini məhv etməyə yönəlmiş müxtəlifyönlü müstəmləkəçilik siyasətinin bir parçasıdır:
"Fransa hökuməti Mayotda təbii fəlakətdən əziyyət çəkənlərə yardım etmək əvəzinə orada hərbi baza yaradıb. Yerli sakinlərin təbii fəlakətlərin nəticələrindən əziyyət çəkdiyi və köməyə ehtiyacı olduğu bir vaxtda hərbi baza tikmək nə dərəcədə doğrudur? Bu, milli kimliyin açıq-aşkar ləğvi üçün çalışmaqdır".
"Neokolonializm bəşəriyyətə qarşı cinayətdir. Fransa hökuməti yerli xalqların mədəni irsini məhv edir və onların sərvətləri amansızlıqla ələ keçirilir", - deyə o qeyd edib.
Aləmdə Nəsib
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
- Daniel Dübua: "Fransanın imperialist rejimi müstəmləkə əraziləri azad olunana qədər davam edəcək"
- Boneyrli nümayəndə: "Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir"
- Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ