Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kuryoz zədə alan Bəhlul Mustafazadənin son durumu bəlli oldu
Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda komanda yoldaşı ilə toqquşaraq zədələnən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.
Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu bu gün komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
"Sumqayıt FK" teqi üzrə xəbərlər
- "Səbail"in futbolçusu hakimi təhqir etdi - Klub 3000 manat cərimələndi
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə
- "Sumqayıt" klubunun rəsmisi: "Kamran Quliyev komandadan qovulmayıb"
- "Neftçi"nin yayda transfer edəcəyi ilk futbolçu BƏLLİ OLDU
- "Qarabağ"ın hakimi təhqir edən futbolçusu dörd oyunluq cəzalandırıldı
Ən çox oxunanlar