Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
Nazirlər Kabinetinin "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat verilib.
Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.
Beləliklə, "Bakı Dəmir Yolu Xəstəxanası" MMC Respublika Pediatriya Mərkəzinə, "1 saylı Bakı Dəmir Yolu Poliklinikası" və "2 saylı Bakı Dəmir Yolu Poliklinikası" MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə, "Ələt Dəmir Yolu Xəstəxanası" MMC Qaradağ Tibb Mərkəzinə, "Gəncə Dəmir Yolu Xəstəxanası" MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına, "Xaçmaz Dəmir Yolu Ambulatoriyası" MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, "Hacıqabul Dəmir Yolu Ambulatoriyası" MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, "İmişli Dəmir Yolu Xəstəxanası" MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına qoşulur.
Kreditorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A, Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi, Gəncə şəhəri, Nizami prospekti, 412, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303, Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 ünvanına bildirə bilərlər.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT
- Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq
- Bayram günlərində Bakı-Qəbələ qatarlarından istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
- Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib