Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çavuşoğlu: "Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək"
"Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlığı gücləndirmək niyyəti var".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
"Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi reallıqlar müzakirə ediləcək. Azərbaycan dəvət edirsə, mövzudan asılı olmayaraq, həmin tədbirə qatılmaq borcumuzdur. Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlığı gücləndirmək niyyəti var. Bu tədbir çərçivəsində həm də o əməkdaşlıq perspektivləri müzakirə olunacaq", - deyə M.Çavuşoğlu əlavə edib.
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Xarici işlər naziri: "Azərbaycan-İtaliya Universitetinin yeni kampusu tikiləcək"
- Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"