Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Goranboyda itin dişlədiyi qadının son durumu AÇIQLANDI
Goranboyda it dişləməsi nəticəsində xəsarət alan qadının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 13-ü saat 09:00-da 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Goranboyda sahibsiz it qadına ağır xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü A.Kərimova it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.