Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"
"Beynəlxalq münasibətlər sistemində qeyri-müəyyən çağırışlar var. Bir çox təsisatlar təsirli yanaşmaları tətbiq etməyə çalışırlar. Çoxqütblü siyasi reallıqda dəyişikliklər müşahidə edilir. Silahlanma ilə bağlı yarış var".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusundakı paneldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Latın Amerikasında, Afrikada, Orta Şərqdə Qərbə alternativ axtarırlar:
"Biz tərəfdaşlarla əməkdaşlıq edirik, beynəlxalq münasibətlərdə bərabərliyi üstün tuturuq. İttifaqları və tərəfdaşlığı regional səviyyədə qururuq. Maraqlarımızı müdafiə edirik, digərlərinin maraqlarına isə hörmət edirik.
BMT-nin Təhlükəsizlik Şurasının tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir. Buna görə də həmin maraqlar ön plana keçir".
Nazir vurğulayıb ki, bütün faydalar bölüşdürülməlidir:
"Dərin parçalanmanın qarşısının alınması üçün spesifik məsələlər həll olunmalıdır. BMT və digər təsisatlarda dəyişiklik önəmlidir, lakin bir-biri ilə toqquşan maraqlar nəzərdən keçirilməlidir.
Biz COP29-da sədrliyimiz zamanı çevik mövqeyimizlə seçilməyə çalışdıq".
"Çoxtərəfli təsisatlara qoşulmalıyıq, sırf öz maraqlarımız üçün yox, ortaq maraqlara önəm verməliyik. Azərbaycan daim geniş yanaşmanı nümayiş etdirib. Çoxtərəflilik həm də onu tələb edir ki, hökumətlər güclü qonşularla münasibətdə şəffaflığı görsünlər. Texnologiyaların və rəqəmsal platformaların inkişafı çoxtərəfli münasibətləri və bürokratik əngəlləri aşa bilər. Çoxtərəflilik qlobal bir mərkəzə çevrilməlidir.
Dünyada daha çox tərkibdə tərəfdaşlığı görmək istəyiriksə, çoxtərəfliliyi üstün tutmalıyıq. Birtərəflilik və ya ikitərəflilik uğurlu nəticə verməyib. Çoxtərəflilik daimidir və onu yenidən qurmaq daha rahatdır", - deyə nazir fikirlərini yekunlaşdırıb.
Məhərrəm Əliyev
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- Bakı Forumu: Ermənistanın və onun "böyük qardaşı"nın ifşası
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
- Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"