Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.
Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.
Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"
- Prezident: "Azərbaycanın gələcəyini öz resursları hesabına qurması baxımından böyük təcrübəsi var"