Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyandan Azərbaycanla sülh sazişi ilə bağlı AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatıb və bunu mühüm hadisə hesab edirəm", - hökumət başçısı vurğulayıb.
Sazişin mətninin nə vaxt dərc olunacağına aydınlıq gətirilməsini xahiş etdikdə, Paşinyan bildirib ki, bu sahədə beynəlxalq prosedurları nəzərdən keçirmək lazımdır.
"Onun müddəalarından hər hansı birinin cəmiyyət üçün sürpriz olması ehtimalı azdır", - o əlavə edib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Putin: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həmişə tərəfdarı olub"
- İdeyasız qalan erməni lobbisi, diasporu: Yeni hədəf Vardanyanın pullarıdır
- Paşinyan: "Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur"
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Paşinyan: "Yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşırıq"