Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İqtisadiyyat Nazirliyi SİF və AİŞ-in əməkdaşlarının ixtisarı ilə bağlı xəbərlərə münasibət bildirib
Dövlət başçısının "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" (SİF) publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs (ABİF) yaradılıb.
Oxu.Az xəbər verir ki, Fond SİF-in və AİŞ-in hüquqi varisidir, onların hüquq və öhdəlikləri, bütün əməkdaşları, həmçinin əmlakı Fonda keçir. SİF və AİŞ-in əməkdaşlarının heç biri ixtisara salınmır və fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə Fondun Müşahidə Şurası yaradılıb. Hazırda ABİF-in fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görülür.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"