Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
Belarus Prezidenti Aleksandr Lukaşenko üç il əvvəl Volodimir Zelenskiyə ABŞ-də mümkün hakimiyyət dəyişikliyi və müvafiq nəticələr barədə xəbərdarlıq edibmiş.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Belarus lideri Ukrayna münaqişəsinin başlamasından bir neçə gün sonra Qomel və Belovejskaya Puşada danışıqlar prosesinin başlandığını xatırladıb.
"Mən elə həmin vaxtda Volodya Zelenski ilə danışdım və ona dedim: "Günahkarları indi axtarma, biz onları sonra tapacağıq. Ölkəndə müharibə gedir və sən müharibənin Ukrayna ərazisində getməsinə görə cavab verməli olacaqsan". Sonra mən ona dedim: "Yadında saxla, bu, tarixdə bir klassikadir. Sabah ABŞ-də rəhbərlik dəyişəcək və sən harada olacaqsan? Baxın, sanki əvvəlcədən hər şeyi bilirdim", - Lukaşenko qeyd edib.