Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
"İqlim dəyişmələri, miqrasiya, ticarət müharibəsi, kibertəhlükəsizlik - bunlar qarşılaşdığımız əsas problemlərdir. Bizə - dünyaya sülh lazımdır".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri Hikmət Çətin deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh hələ əldə olunmayıb, Orta Şərq isə həmişə problemlərlə üzləşir.
"Qlobal idarəçilik üçün kollektiv səy və effektiv idarəetmə lazımdır. Donald Tramp və onun amerikasayağı birtərəfliliyi qlobal çoxtərəfliliyə xidmət etmir, halbuki onların əllərində bunun üçün daha çox imkanlar var," - deyə o qeyd edib.
Sabiq nazir əlavə edib ki, orta güclər konseptual əsaslar yaratmalı və bu məsələdə qərəzsizlik ön planda olmalıdır.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- Bakı Forumu: Ermənistanın və onun "böyük qardaşı"nın ifşası
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
- Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"