Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olundu
Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti "ADTM Tərcümə Agentliyi" MMC ləğv olunduğunu elan edib.
Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirməlidirlər.
Xatırladaq ki, "ADTM Tərcümə Agentliyi" 2020-ci ildə 200 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Rüstəm Rövşən oğlu Məmmədovdur.
ADTM Prezident İlham Əliyevin ötən il noyabrın 21-də imzaladığı sərəncamla ləğv olunub.
"Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi)" teqi üzrə xəbərlər
- Yeni strategiya hazırlandı - Vergi sistemində nələr dəyişəcək?
- "Milyonluq kreditin ayrılmasını Nəcməddin Sadıkov xahiş etmişdi" - "Şlyapa Zahid"in məhkəməsi
- Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
- Azərbaycanda iki ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
- "Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında: 92.4 milyon manat