Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda iki ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 30.7 milyon manatdan çox hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 2 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 6.2 milyon manata yaxın olub.
"Əlavə Dəyər Vergisi (ƏDV)" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
- Orxan Nəzərli: "ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
- Çeklərdə fiskal və ya QR-kodların oxunmamasının səbəbi nədir?
- Dövlətə məxsus külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstənin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
- Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ