Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən müəllim dövlət büdcəsindən ayrılmış pulu mənimsədi
Şamaxı Rayon Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən A.A.-nın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi xaric edilib. Onun Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə) maddələri ilə təqsirləndirilməsinə dair hissədə barəsində həmin məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilib və A.A. cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi gündən müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, A.A. 1997-ci ildən 2017-ci ilədək Şamaxı rayonu Adnalı kənd tam orta məktəbdə coğrafiya və biologiya ixtisasları üzrə müəllim, 2017-ci ildən 2022-ci ilədək Adnalı kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edib. O, direktor vəzifəsini müvəqqəti icra etdiyi müddətdə dərs saatına görə dövlət büdcəsindən ayrılmış ümumilikdə 7 365.28 manat məbləğində pulu mənimsəyib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində maddi ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını bildirib.
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- Bankın yarım milyon manatını mənimsəyənlərə ağır cəza tələb edildi
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
- İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır
- General Nizam Osmanov: "Nə prokurorluğa getmişəm, nə də dindirilmişəm"