Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ülvi Mehdiyev: "Vətəndaşın sualı cavabsız qalmamalıdır"
"Təşkilatlar və onların nümayəndələri "ASAN müraciət" vasitəsilə daxil olan müraciətlərə həssaslıqla yanaşmalı, ümumiyyətlə, vətəndaşın sualı cavabsız qalmamalıdır".
Oxu.Az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev "ASAN müraciət" İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, vətəndaş xidmət almasa belə, onun problemi dinlənilməlidir.
Ü.Mehdiyev "ASAN müraciət" İnformasiya Sisteminin hansı funksiyaları yerinə yetirdiyi barədə də məlumat verib:
"Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir".
Məhərrəm Əliyev
"ASAN xidmət" teqi üzrə xəbərlər
- "ASAN müraciət"in 2024-cü il üzrə hesabatı təqdim olundu
- MÜTDA övladları I sinfə gedəcək valideynlərə müraciət edib
- Qvineya-Bisaunun prezidenti "ASAN xidmət"də olub
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- İşğaldan azad olunmuş ərazilərimizdə "ASAN xidmət" mərkəzləri yaradılacaq