Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Süni intellekt strategiyasının məqsədləri hansılardır?
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda 13 məqsəd nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunlar, aşağıdakılardır:
- ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin, o cümlədən onun davamlılığının və rəqabət qabiliyyətinin təmin edilməsi;
- süni intellekt sənayesində işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanması;
- dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi;
- yerli, regional və beynəlxalq bazar ehtiyaclarına xidmət edən regional süni intellekt təlimi və istedad mərkəzlərinin yaradılması;
- süni intellekt sistemlərinin yerləşdirilməsi, böyükhəcmli məlumatların emalı və analitik təhlili üçün hesablama maşınlarının və məlumat mərkəzlərinin artırılması;
- mürəkkəb riyazi əməliyyatları yerinə yetirmək və sistemləri simulyasiya etmək, nümunələri yenidən yaratmaq və digər yüksək hesablama tələb edən işləri yerinə yetirmək üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi;
- ölkə qanunvericiliyində süni intellektin əsaslarının və normalarının işlənilməsi və süni intellektdən istifadə üçün etik prinsiplər və qaydaların formalaşdırılması;
- süni intellekt sistemlərinin yaradılmasında və davamlı təkmilləşdirilməsində süni intellekt üzrə qlobal standartların tətbiq edilməsi;
- süni intellektin tədqiqatını həyata keçirmək və süni intellekt sistemlərini hazırlamaq üçün sektorlar arasında əməkdaşlığın təşviq edilməsi;
- süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi və vətəndaşların hüquqlarının və məlumatların məxfiliyinin qorunması;
- süni intellektin məlumat qərəzi törətməməsi, ondan dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına zidd məqsədlər üçün istifadənin qarşısının alınması;
- innovasiyalı həllərin tətbiqi zamanı yaranan risklərin və dəyən ziyanın azaldılmasının təmin edilməsi;
- milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiyanın manipulyasiyasının, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün süni intellekt üzrə rəqəmsal alətlərin etimadlılıq səviyyələrinin gücləndirilməsi və süni intellektin tətbiqinin genişləndirilməsi.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir
- İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
- Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb