Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Serxio Ramos yeni klubunda rekorda imza atdı
"Real Madrid", "Sevilya" və PSJ-nin sabiq futbolçusu, hazırda "Monterrey"də çıxış edən Serxio Ramos dünya futbolunun tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb .
Mənbənin hesablamasına görə, o, qırmızı vərəqə sayına görə rekordçu olub. "Pumas"la matçda aldığı qırmızı vərəqə ispaniyalının karyerasında otuzuncu olub. Beləliklə, o, Felipe Baloyinin rekordunu qırıb.
Qeyd edək ki, Serxio 2025-ci ilin fevralından Meksika "Monterrey"inin şərəfini qoruyur. Sözügedən komanda hazırda 12 turdan sonra 19 xalla çempionatın turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.
Ramos bu mövsüm artıq 5 oyun keçirib və 3 qol vurub.
"Serxio Ramos" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb
- Ən yaxşı milli komanda futbolçusu açıqlandı: Bu nə Messi, nə də Ronaldudur
- "Real Madrid" tarixinin ən yaxşı futbolçusu bəlli oldu
- Serxio Ramos yeni transfer olunduğu klubda ardıcıl üçüncü qolunu vurub
- Serxio Ramos Meksikada ilk qolunu vurdu