Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası İlkin Hacıyev məlumat verib.
O bildirib ki, qızı iki ildir bu xəstəliklə mübarizə aparır:
"Hazırda qızım Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Hazırda dəstəkləyici müalicə dövlət tərəfindən aparılsa da, bu, müvəqqəti müalicədir. Zəhranın sağlamlığı tükənmə mərhələsindədir və təcili ilik köçürülməsinə ehtiyacı var. Bu proses çox bahalı sayılır. Gələn ay ilik köçürülməsi üçün Türkiyəyə getməliyik. Bunun üçün isə 90 min dollara ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 271-61-75.
"Kapital Bank": 4169 7388 7218 5354.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki ağır xəstəliklə mübarizə aparan Nurayın dəstəyə ehtiyacı var
- Xəstə övladı olan ana fəryad edir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır"
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Üç yaşlı Zəhranın müalicə üçün dəstəyə ehtiyacı var
- Xərçənglə mübarizə aparan 16 yaşlı Pınarın anası yardım diləyir