Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Çalhanoğlu: "Arda Gülerin "İnter"ə keçməsini çox istəyirəm"
Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu UEFA Millətlər Liqasında Macarıstan seçməsini 3:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra Arda Gülerin "İnter"ə keçməsini istədiyini bildirib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu "İnter"lə "Real Madrid" arasında danışıqlar müsbət nəticələnsə də, Ardanın İtaliya klubuna keçmək istəmədiyini bildirib.
"Arda çox önəmli bir futbolçu, həm də çox sevdiyim bir qardaşımdır. Bunu hər kəs bilir. Təbii ki, "İnter"ə gəlməsini istəyərəm. Yüksək performanslı futbolçunu hər komanda istəyir. Amma Ardanın "Real Madrid"dəki vəziyyətini tam olaraq bilmirəm. Mən bu məsələyə çox qarışmaq istəmirəm, bu, onun karyerasıdır və qərarları sadəcə özü verə bilər. Mən sadəcə onun daha çox əsas heyətdə meydana çıxmasını istəyirəm. Çünki bu, onun haqqıdır. Ümid edirəm ki, "İnter"ə gələr, amma bunun onun üçün nə dərəcədə doğru qərar olacağını deyə bilmərəm".
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana "İnter"in formasını geyinir. O, bu komandaya "Milan"dan 35 milyon avro qarşılığında transfer olunub.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Real"ın baş məşqçisi Karlo Ançelotti hakim qarşısına çıxarılır
- UEFA "Real Madrid"in oyunçuları barəsində araşdırmaya başlayıb
- "Qalatasaray" heyətini Ukrayna millisinin qolkiperi ilə gücləndirəcək
- "Real Madrid" klubu altı ay ərzində büdcəsinə yarım milyard avro əlavə edib
- Bu mövsüm ən çox qol vuran klublar bəlli olub