2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2 740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1 278 şəxs inzibati qaydada həbs edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Naziriliyindən məlumat verilib.
Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb.
Həmin dövrdə aliment borcu ilə əlaqədar 1 500 şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunub, onlardan 1 246 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.