Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

18 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almaqda belə çətinlik çəkirik"
18 günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Yasəmən Qarayeva məlumat verib.
O bildirib ki, övladı 18 gün əvvəl 28 həftəlik olarkən doğulub:
"Murad 18 gün əvvəl dünyaya gəlib. Mən 13 il övlad həsrəti çəkmişəm, illərlə ağır müalicələrdən sonra Murada hamilə qaldım. Hamiləliyim çox çətin və ağır keçib. 28 həftəlik hamilə olarkən həkim mütləq uşağı götürməli olduğumuzu dedi. Murad 1.3 kiloqram ağırlığında dünyaya gəldi. 14 gün küvəzdə qaldı".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Muradın çəkisi az olduğu üçün həyatda qalması çox çətin idi. İnanın bu 14 gündə bəlkə də 5000 manatdan çox pul xərcləmişik onu həyatda tuta bilmək üçün. Çəkisi cəmi 200 qram artıb. Həkim müalicələri və qidasını düzgün edə bilsək, həkim onun vəziyyətinin yaxşıya doğru gedəcəyini deyir. Muradın yeməklərini almaqda belə çətinlik çəkirik. Hazırda müalicələri davam etdirə bilmək üçün 3 000 manata ehtiyacımız var. Murad burun yolu ilə qidalanır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 329-77-59.
"Uni Bank": 5243 7544 4718 1999.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- 13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- 2 yaşlı körpə ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var