Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
44 günlük müharibənin başlamasından üç il ötür: Qazilər savaş xatirələrini bölüşdülər - VİDEO
2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistanın təxribatı nəticəsində Ordumuzun başlatdığı əks-hücum əməliyyatı Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq nəticəsində müharibənin taleyini Azərbaycanın xeyrinə həll etdi.
44 gün davam edən Vətən müharibəsi Ermənistan üzərində qələbə ilə başa çatdı. Qana qan, cana can davasına çıxan qəhrəmanlarımız şəhidlik və qazilik mərtəbəsinə yüksələrək illərdir həsrətində olduğumuz torpaqları əsarətdən xilas etdilər.
Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qazi İsmayıl Hüseynov cəbhəyə yollanmasını belə xatırlayır:
“Polad Həşimov şəhid olandan sonra könüllü şəkildə orduya yazıldım. 27 sentyabrda hər bir Azərbaycan vətəndaşı kimi öz borcumu yerinə yetirməyə getdim”.
“Bəzilərimiz ayağımızı, əlimizi, gözümüzü itirsək də, qarşılığında Vətənimizi qazandıq”, - İ.Hüseynov söyləyib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
"Cəbrayıl" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"
- Pəri Xudiyeva: "Heç vaxt Cəbrayıla dönəcəyimizə ümidimizi itirməmişdik"
Rəylər