Samux rayonunda yerli sakin zəhərlənib.
Report-un məlumatına görə, rayonun Əhmədbəyli kəndində 44 yaşlı kişi hələlik bilinməyən səbəbdən içdiyi sirkə turşusundan zəhərlənib.
O, Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.