Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski 1886-cı il 24 fevral tarixində Qərbi Azərbaycanın Vedibasar uyezdinin Vedi kəndində (hal-hazırda Ermənistan ərazisindədir) dünyaya gəlib.
Atasını erkən itirib. 1894-cü ildə anasının köməyi ilə ikiillik rus-tatar məktəbində oxuyub, amma maddi çatışmazlıq üzündən məktəbi bitirməyib. 1902-ci ildə atasından qalma tarlada işləyib. 1907-ci il fevral inqilabı Şadlinskinin siyasi baxışında əhəmiyyətli rol oynayıb.
1918-1919-cu ildə daşnak dəstələrinə qarşı özünümüdafiə qüvvələrinə rəhbərlik edib.
1920-ci ilin payızında Naxçıvan kommunistlərinin təşəbbüsü ilə “Qırmızı tabur” partizan dəstəsi yaradılır, başçı isə Naxçıvanda vətəndaş müharibəsi zamanı şücaəti ilə seçilən Abbasqulu Şadlinski olur. İlkin olaraq dəstə 200 azərbaycanlı döyüşçüdən ibarət idi. Sonradan isə bu dəstəyə başqa millətlərdən olan, yeni qüvvələr də qatılır.
Daşnak dəstələri ilə mübarizədə “Qırmızı tabur” komandiri Şadlinski “Qırmızı bayraq” ordeni ilə təltif edilib.
1922-ci ilin axırına qədər Şadlinski Naxçıvanda qalıb, dövlət sərhədlərinin mühafizə dəstəsinə başçılıq edib.
Vediyə qayıtdıqdan sonra 1922-ci ildən 1928-ci ilə qədər Ermənistan SSR-nin bir neçə sənaye vəzifəsində çalışıb, sonra isə Davala kəndində sement zavodunun tikintisinə rəhbər təyin edilib.
1930-cu ildə naməlum şəxslər tərəfindən qətlə yetirilib.