ABŞ-ın Hyuston şəhərində yaşayan 10 yaşlı qız 4 yaşlı oğlanı zorlamaq ittihamı ilə həbs edilib.
Qızın anası onun “sadəcə oynadığını” bildirir.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın Hyuston şəhərində 4 yaşlı oğlanı zorlamaq ittihamı ilə 10 yaşlı qız həbs edilib.
Hadisə apreldə baş versə də, həbs bir müddət əvvəl – işə azyaşlılara qarşı seksual zəmində cinayətlər üzrə müstəntiqin qoşulmasından sonra həyata keçirilib.
Qızın anası iddia edir ki, onun qızı “sadəcə oynayırmış”.
“Axı o uşaqdır, pis bir iş gördüyünü bilmirmiş” – deyə, qadın, KHOU.com telekanalına müsahibəsində bildirib.
Qız dörd gün yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsində saxlanılıb. Onu seksual xarakterli cinayət törətməkdə günahkar bilərlərsə, qız seksual cinayətkar qismində qeydiyyata alınacaq.
Polis baş vermiş hadisənin təfərrüatlarını, həmçinin insidentin iştirakçılarının adları və soyadlarını açıqlamır. Qızın anası isə etiraf edir ki, ola bilsin, onun qızı həqiqətən də cinayət törədib.
www.oxu.az