Bu gün Azərbaycanın fəxri, xalq artisti, görkəmli xanəndə Alim Qasımovun 56 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, Alim Qasımov 1957-ci ilin bu günündə - 14 avqustunda dünyaya gəlib.
O, 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Alim Qasımov ABŞ-ın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasından seçilən 4 azərbaycanlıdan biri olub.
Sənətkar 26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.