Hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Lalə Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Oxu.Az bu barədə APA-ya istinadən xəbər verir.
Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı avtomobilə dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.
N.H.