Abşeronda kranla avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
İsmayıl Hüseynov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi IVECO markalı kran avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.