Telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından ayrılıb.
Məsələylə bağlı Oxu.Az-ın əməkdaşı Afət Telmanqızı ilə də əlaqə saxlayıb.
“Space”dən öz istəyimlə getmişəm. Yayılan xəbərlər əsassızdır”, - deyə telejurnalist bildirib.
Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.
A.S.
www.oxu.az