Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Ağdam Cümə məscidi bərpa edilir - FOTO](https://images.oxu.az/2021/11/25/18/25/16/11177ee2-1b15-49f5-bdd1-89cd48ed8789/FotoJet (98):1200.jpg)
Ağdam Cümə məscidi bərpa edilir - FOTO
İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.
“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.
Qeyd edək ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. Ermənilərin işğalı dövründə Cümə məscidinin minarələri hərbçilərin ətraf ərazilərə nəzarət etmələri üçün müşahidə qülləsi kimi, məscidin özü isə donuz və mal-qaraların saxlanılması üçün istifadə olunub.
Xatırladaq ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir ediləcək.
"Ağdam" teqi üzrə xəbərlər
- Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
Rəylər