Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağdama səfər etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Qarabağa edilən hər səfər bizi “Böyük Qayıdış”a bir addım da yaxınlaşdırır.
Yanvarın 24-dən başlayaraq işğaldan azad edilən ərazilərə müntəzəm avtobus reysləri fəaliyyətə başladı.
Beləliklə, ürəyində illərdir Qarabağ nisgili olan vətəndaşlar dörd istiqamətdə bu torpaqları ziyarət edə bilirlər. Belə ki, səfərlər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə dörd dəfə, Bakı-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam istiqamətlərində isə həftədə iki dəfə təşkil edilir.
Bu günədək Bakıdan Şuşaya iki reys olmaqla 94 sərnişin, Əhmədbəylidən Şuşaya üç reys olmaqla 69 sərnişin, Bakıdan Ağdama iki reys olmaqla 67 sərnişin, Bərdədən Ağdama da iki reys olmaqla 76 sərnişin daşınıb.
Növbəti səfər yanvarın 31-də Ağdama olacaq. 50 nəfərlik sərnişin avtobusu səhər 7-nin yarısında Bakı avtovağzalından yola düşəcək. Səfər iştirakçılar Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksini, ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarını və digər erməni vandallığına məruz qalmış tarixi abidələri ziyarət edəcəklər.
Xatırladaq ki, bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır