Ağdamda genişmiqyaslı yanğın baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində qeydə alınıb.
Yanğın qısa müddətdə təxminən 30 hektar ərazini əhatə edib.
Hadisə yerinə Ağdam və Xocalı rayonlarının yanğınsöndürən qüvvələri cəlb olunublar. Ərazinin minalarla çirklənməsi yanğına müdaxiləni çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.
Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələrinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.