Ağdam rayonunun cəbhə xəttində məskunlaşan məcburi köçkünlərə təbii qaz çəkilir.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşan Ağdam və Laçın rayonundan 45 məcburi köçkün ailəsi görülən işlərdən sonra təbii qazla təmin olunacaq.
Dövlət vəsaiti hesabına görülən işlər “Azəriqaz”ın tapşırığı əsasında aparılır.
Növbəti ayın sonuna qədər işlərin başa çatdırılması nəzərdə tutulub.