Ağstafada yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadrat metr olan fermanın 60 kvadrat metr sahədə tavan hissəsi yanıb.
Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
A.S.
www.oxu.az