Ağsuda 22 yaşlı gənc göldə batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilovun meyiti batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.