Azərbaycanda nüvə fizikası sahəsində təhsil yenidən yaradılmalıdır.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya problemləri institutunun direktoru Adil Qəribov bildirib.
“Təəssüf ki, ötən dövr ərzində Azərbaycanda bu sahədə çalışan mütəxəssislər qocalıblar, yeniləri isə yoxdur. Buna görə də, nüvə fizikası dərslərinin keçirilməsi və bu sahədə kadrların hazırlanması çox aşağı səviyyədədir” – deyə, Qəribov bildirib.
İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda bu sahədə kadrlar yalnız Radiasiya problemləri İnstitutu tərəfindən həyata keçirilir və dərslərin səviyyəsi dövrümüzün tələblərinə cavab vermir.
“Bizim şəxsi nüvə proqramımız olmalıdır. Gələcəkdə qonşu dövlətlərdə atom enerjisi ilə bağlı bu və ya digər problemlər yaranarsa, biz həmin problemdən xəbərdar olmalıyıq. Ölkədə kadr potensialı olmalıdır. Bir akademik təşkilat kimi məqsədimiz kadrların hazırlanmasını həyata keçirməkdir” – deyə, institut direktoru bildirib.