Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər
Amerikadan Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini bildirib.
Qərar aprel ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.
Onun sözlərinə görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək.
Qeyd edək ki, amerikalı ekspertlər də qərardan sonra qiymətlərin artacağını bildiriblər. Hazırda ölkəmizə 2-ci əl avtomobillər əsasən Amerika və Koreya bazarlarından gəlir.
Ətraflı süjetdə:

"Avtomobil bazarı" teqi üzrə xəbərlər
- Avtomobil bazarı təhlükə qarşısında: Yeni avtomobillərin 45 faizi "paralel importdur"
- Avtomobil bazarında son vəziyyət necədir?
- Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
- Keyfiyyətsiz avtomobili necə tanımaq olar? - Təzə və işlənmiş maşın alışı üçün məsləhətlər